EN

26 saylı Sabunçu birinci seçki dairəsində 18 nəfər ilk dəfə səs verəcək 

Yazını böyüt
Yazını kiçilt

Yanvarın 29-da 26 saylı Sabunçu birinci seçki dairəsinin bütün məntəqələrində səsvermə prosesi qanunvericiliyə uyğun olaraq demokratik və mütəşəkkil qaydada davam edir. Səhər saatlarından etibarən seçicilər məntəqələrə gələrək sərbəst şəkildə səs verirlər.

Hafta.az xəbər verir ki, 26 saylı Sabunçu birinci dairə seçki komissiyasının sədri Hüseynqulu Ələsgərov dairədə 53 minə yaxın seçicinin qeydiyyatda olduğunu və 38 seçki məntəqəsinin fəaliyyət göstərdiyini bildirib. O vurğulayıb ki, bu seçkilərdə 18 nəfər ilk dəfə səs verir. Bundan əlavə, bir seçici üçün bu gün xüsusilə əlamətdardır – o, məhz səsvermə günü 18 yaşını qeyd edir. Dairənin ən yaşlı seçicisinin isə 100 yaşı var.

Komissiya sədri onu da deyib ki, iki seçici evdə səs vermək üçün müraciət edib və onların da seçki hüququndan rahat şəkildə istifadə etmələri üçün bütün lazımi şərait yaradılıb.

Hüseynqulu Ələsgərov diqqətə çatdırıb ki, məntəqələrin səkkizində veb-kameralar quraşdırılıb, seçki prosesi tam şəffaf şəkildə izlənilir. Seçki məntəqələrində komissiya üzvləri və müşahidəçilər üçün normal fəaliyyət göstərməyə, seçicilərin isə öz iradələrini sərbəst şəkildə ifadə etmələrinə hərtərəfli imkan yaradılıb.

Chosen
15
35
hafta.az

10Sources