EN

Suriyanın yeni hökuməti Rusiyadan təzminat istədi

Suriyanın yeni hakimiyyəti etimadı bərpa etmək üçün Rusiyadan təzminat istəyib.

Axar.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, bu barədə Rusiya nümayəndə heyətinin Suriyaya baş tutan səfəri zamanı müzakirə aparılıb.

“Görüşdə Rusiya tərəfi hazırda Suriyada baş verən müsbət dəyişiklikləri dəstəklədiyini təsdiqləyib. Dialoq zamanı Rusiyanın təzminat, yenidənqurma və bərpa kimi konkret tədbirlər vasitəsilə Suriya xalqı ilə etimadın bərpasında rolu vurğulanıb. Suriyanın yeni hakimiyyəti həmçinin qeyd edib ki, Rusiya münasibətlərin bərpasında keçmiş səhvləri nəzərə almalıdır”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin də daxil olduğu nümayəndə heyəti Suriyaya səfər edib.

Chosen
2
22
axar.az

10Sources