EN

Məntəqə sədri: Seçicilərin sərbəst səs vermələri üçün zəruri şərait yaradılıb

Seçicilərin sərbəst səs vermələri üçün məntəqədə zəruri şərait yaradılıb.

“İki sahil” xəbər verir ki, bunu report-a 57 saylı Xaçmaz şəhər seçki dairəsinin 1 saylı seçki məntəqəsinin sədri Rasim Muradov deyib.

Onun sözlərinə görə, səsvermə prosesi şəffaf və hər hansı insident baş vermədən davam edir:

“Məntəqə səhər saat 8-dən seçicilərin səs vermələri üçün açılıb. Seçici fəallığının yüksək səviyyədə olduğunu deyə bilərik. Səsverməyə gələn seçicilərin sərbəst səs vermələri üçün zəruri şərait yaradılıb.

Onlar heç bir maneə olmadan istədikləri namizədlərə səs verirlər. Məntəqə üzrə 1238 seçici qeydiyyatdadır, onlardan 58 nəfəri ilk dəfə səs verəcək. Bu ana qədər seçicilərdən evdə səs verməklə bağlı müraciət daxil olmayıb”.

Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Chosen
13
16
ikisahil.az

10Sources