EN

Moskva Suriyanın bərpasında lazımi yardımı göstərməyə hazırdır

Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanovun Suriyanın yeni hakimiyyətinin təmsilçiləri ilə görüşündə Rusiya və Suriya xalqları arasındakı etimadın kompensasiya, o cümlədən yenidənqurma işləri vasitəsilə bərpasının vacibliyi qeyd edilib.

APA-nın Rusiyanın Xarici İşlər Nazirliyinə istinadən xəbərinə görə, görüşdə münasibətlərin bərpası zamanı daha öncə buraxılan səhvlərin, eləcə də Suriya xalqının iradəsi və maraqları nəzərə alınmalı olduğu da vurğulayıb.

Nazirliyin yazılı açıqlamasında ölkələrarası münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulmasının vacibliyi, habelə Suriyanın suverenliyi və müstəqilliyinə dəstək ifadə edilib.

"Cebheinfo.az" 

Chosen
3
22
cebheinfo.az

10Sources