EN

Naxçıvanda məhkumlar bələdiyyə seçkilərində səs veriblər

Naxçıvan, 29 yanvar, AZƏRTAC

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Seçkilərdə məhkum olan vətəndaşların da iştirakı təmin edilir.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində Babək-Şahbuz-Kəngərli 3 saylı seçki dairəsinin 3-60 saylı seçki məntəqəsində məhkumların səs verməsi üçün şərait yaradılıb. Cəza çəkən şəxslər sərbəst şəkildə səsvermə hüququndan istifadə ediblər.

Chosen
2
32
azertag.az

10Sources