Rusiyalı güləşçi Aleksandr Qolunov Rusiya Antidopinq Agentliyinin (RUSADA) qərarı ilə 4 il müddətinə diskvalifikasiya edilib.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, 26 yaşlı idmançı qadağan olunmuş maddəni istifadə etməkdə və ya istifadəyə cəhddə təqsirli bilinib. Onun cəzası 2028-ci il sentyabrın 12-də başa çatacaq.
Qeyd edək ki, Aleksandr Qolunov idman karyerasını təxminən 6 il əvvəl başa vurub.
Müəllif: Royal Həsənov