Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Nasr” komandası mərakeşli futbolçu Hakim Ziyeçi transfer edib.
News24.az xəbər verir ki,
Yerli mətbuatın yazdığına görə, futbolçunun sağlamlıq müayinəsindən keçmək üçün bu gün Dubaya gələcəyi gözlənilir.
Mərakeşli futbolçu icarə əsasında gəldiyi "Qalatasaray" la daimi müqavilə imzalasa da, zədələndiyi üçün çox oynamaq şansı olmayıb.
Qeyd edək ki, Ziyeç bu mövsüm sarı-qırmızılılar forması ilə 3-ü Avropa Liqasında 11 oyun keçirə bilib.
Ağa Dadaşzadə