EN

ABŞ Kiyevə hərbi və iqtisadi dəstəyi dayandırdı

ABŞ ölkə prezidenti Donald Trampın digər ölkələrə yardımın dayandırılması ilə bağlı fərmanından sonra Ukraynaya hərbi və iqtisadi dəstəyi dayandırıb.

Bu barədə “The Washington Post” yazıb.

Məqalədə deyilir: “Sərəncam, görünür, ABŞ-ın Ukraynaya xarici hərbi maliyyələşdirməsini, eləcə də birbaşa ikitərəfli iqtisadi yardımı dayandırır”.

Nəşrin fikrincə, vəziyyət Ukrayna üçün “xüsusilə qeyri-sabit” olub, çünki dondurulma humanitar yardımın və ümumilikdə hərbi maliyyənin davam etdirilməsi ilə bağlı “suallar yaradır”.

Daha əvvəl Vladimir Zelenski ABŞ-ın keçmiş prezidenti Co Baydenə görə Ukraynanın “tək mübarizə aparmalı” olduğunu söylədi.

O, həmçinin ABŞ və Qərb ölkələri tərəfindən silahlanmış və təchiz edilmiş Ukrayna Silahlı Qüvvələri briqadalarının sayının az olmasından şikayətlənib.

DOĞRU.AZ

Chosen
16
9
dogru.az

10Sources