![ABŞ](https://ulusum.az/uploads/posts/2025-01/3be5b1c47a_usauk-pic_32ratio_900x600-900x600-51737.webp)
ABŞ prezidenti Donald Trampın administrasiyasının xarici ölkələrə yardımı dayandırmaq qərarı, Vaşinqtonun Ukraynaya hərbi və iqtisadi dəstəyinin dayandırılmasına səbəb olub. “Ulusum”.az xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb."Trampın fərmanı görünür ki, ABŞ-ın Ukraynaya xarici hərbi maliyyələşdirməsini və birbaşa iqtisadi yardımını dayandırır", – deyə nəşr bildirir.Qeyd olunur ki, bu qərar ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi proqramlara da təsir edir. WP-nin məlumatına görə, USAID 24 fevral 2022-ci ildən etibarən Ukraynaya 7,6 milyard dollardan çox humanitar və inkişaf yardımı ayırıb.Yanvarın 25-də ABŞ-ın dövlət katibi Marko Rubio əksər xarici maliyyə yardım proqramlarının dayandırılması barədə göstəriş verib. Bundan əvvəl Donald Tramp prezidentlik səlahiyyətlərini icra etməyə başladığı ilk gündə oxşar fərman imzalamışdı. Qərarın mətninin elə tərtib edildiyi qeyd olunur ki, onun geniş şəkildə şərh edilməsinə imkan verir.Səidə
Diqqət Çəkənlər
Gəlin və Qaynana Qarşıdurması: Əbədi Problem
Sabah Türkiyə, Azərbaycan və Özbəkistan arasında üçtərəfli görüş keçiriləcək
Hindistanlı qadın mobil telefonu udaraq həyatını itirib