AZ

PUTİN “GÜNAH KEÇİSİ” AXTARIŞINDA... – Neftin qiyməti kəskin düşərsə, Rusiyanı nə gözləyir?

ABŞ Prezidenti Donald Trampın çıxışlarından və verdiyi qərarlardan belə anlaşılır ki, o, dünyanın mövcud siyasi və iqtisadi sistemində radikal dəyişikliklər həyata keçirmək niyyətindədir. Əgər ABŞ qlobal miqyasda hegemonluğunu sürdürmək və daha da güclənmək istəyirsə, bunun üçün gərək irəliyə hesablanmış dəqiq bir planı olsun. Çünki mürəkkəb məsələlər təkcə istək, bəyanat və niyyətlə həll olunmur.

ABŞ-nin iqtisadi, hərbi, kəşfiyyat və texnoloji potensialı Trampa istər Amerika qitəsini, istərsə də Avrasiyanı geostrateji və iqtisadi baxımdan yenidən formatlamağa imkan verir. Rusiya Federasiyasının yürütdüyü siyasət və həmçinin ABŞ-nin buna münasibəti isə sözügedən dəyişikliklər fonunda xüsusi önəm daşıyacaq. Rusiyanın son illərdəki davranışları onun gücünə uyğun olmayan böyük iddialara düşməsindən xəbər verir. Bu da haqlı olaraq, avantüra təsiri bağışlayır.

Vladimir Putin üç il bundan öncə Qərblə açıq geostrateji mübarizəyə başlayıb və bu məqsədlə Ukraynanı işğal etməyə girişib. Rusiya 2021-ci ilin dekabrında NATO-ya 1997-ci ilin sərhədlərinə geri çəkilməsi barədə ultimatum göndərib. Putin elə zənn edirdi ki, Ukraynanı blitskriqlə işğal edəcək və bundan sonra NATO onun qabağından qaçacaq. Amma Rusiya rəsmi təbliğatının təqdim etdiyi “bütün dövrlərin ən dahi strateqi”nin - Putinin hesablaması kəlləmayallaq getdi. Öz gücünü düzgün dəyərləndirməyən “böyük yanacaqdoldurma stansiyasının direktoru” tərəddüd və təlaş içində Trampın bəyantlarını dinləyir, absurd cavablar və müsahibələr verir.

Trampın prioritetlərindən biri Ukraynada gedən müharibəyə son qoyulmasıdır. Hazırda Tramp neftin dünya bazarındakı qiymətini aşağı salmaqla Rusiyaya xəbərdarlıq edir. Məlumdur ki, Rusiya əsas valyuta gəlirini neft satışından götürür və bu, hələ də davam edir. Əgər Tramp neftin qiymətini aşağı salarsa, bu eyni zamanda təbii qazın da qiymətlərinə təsir göstərəcək. Rusiyanın Avropaya boru kəməri ilə qaz yollaması faktiki olaraq dayansa da, Moskva Avropaya “Sıxılmış Təbii Qaz”(STQ) göndərir. Lakin Tramp Avropaya “STQ” satmağa başlasa, Rusiyanın vəziyyəti daha da pisləşəcək.

Seçilən
2
50
azpolitika.info

10Mənbələr