Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Özbəkistanın nümayəndə heyətlərini qəbul edib.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Özbəkistanın nümayəndə heyətinə xarici işlər naziri Bəxtiyar Saidov, investisiya, sənaye və ticarət naziri Laziz Kudratov və nəqliyyat naziri İlham Mahkamov daxildir.
Qeyd edək ki, bu gün Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşü keçirilib.