EN

"Fənərbaxça" Serbiya millisinin üzvü ilə anlaşdı

Türkiyənin "Fənərbaxça" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirmək üzrədir.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Srvena Zvezda"da çıxış edən Oqnem Mimoviçi heyətinə qatmağa yaxındır. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

"Fənərbaxça" serbiyalı sağ cinah müdafiəçisi ilə razılıq əldə edib. Klublar anlaşsa, 20 yaşlı futbolçu yaxın günlərdə Super Liqa təmsilçisi ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, "Srvena Zverda" Oqnem Mimoviçi 2020-ci ilin avqust ayında "Metalats" akademiyasında transfer edib. Serbiya U-21 millisinin üzvü bu mövsüm Belqrad təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

saytlarin hazirlanmasi

Chosen
7
38
sportal.az

10Sources