Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan və Azərbaycanın xarici işlər, ticarət və nəqliyyat nazirlərini qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, qəbulda xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömər Bolat, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak edib.