EN

Dünya fəlakətin astanasında - 30 km radiusda evlər dağıla bilər




Ötən ilin dekabrında astronomlar tərəfindən kəşf edilən 2024 YR4 asteroidi 2032-ci ildə Yerlə toqquşa bilər.

Bakupost.az xəbər verir ki, bu barədə RIA Novosti-yə "Ka-Dar" rəsədxanası və Astroverty astrofarmının elmi direktoru, astronom Stanislav Korotki məlumat verib.

2024 YR4 asteroidi dekabrın 27-də Çilidəki ATLAS rəsədxanasında kəşf edilib. İlkin hesablamalara görə, göy cisminin diametri təxminən 70 metr təşkil edir ki, bu da Çelyabinsk meteoritindən 3-4 dəfə böyükdür.

Korotki qeyd edib ki, asteroid 33 gündür müşahidə olunur. Onun sözlərinə görə, asteroidin 2032-ci il dekabrın 22-də Yerlə toqquşması ehtimalı var.

"Yerə toqquşma ehtimalı müxtəlif qurumlar tərəfindən 0,5%- 6% arasında qiymətləndirilir. 6% o deməkdir ki, hadisənin inkişafının 16 mümkün ssenaridən biri toqquşma ilə əlaqəlidir" - deyə o izah edib.

Alim əlavə edib ki, qeyri-müəyyənlik asteroidin müşahidə müddətinin qısa olması və proqnozun uzunmüddətli dövrə hesablanması ilə bağlıdır.

Korotki vurğulayıb ki, 6%-lik toqquşma ehtimalı 2004-cü ildə kəşf edilən Apofis asteroidindən bəri qeydə alınan ən yüksək göstəricidir. Apofis 2029-cu ilin aprelində Yerdən cəmi 30 000 km məsafədən keçməlidir.

Astronom qeyd edib ki, bu ssenari reallaşarsa, asteroidin Mərkəzi Afrika və ya Atlantik okeanı ərazisinə düşməsi daha çox ehtimal olunur. Əgər asteroid qitəyə düşərsə, 30 km radiusda olan evlər dağıla bilər

Lalə, BakuPost

Chosen
5
2
bakupost.az

5Sources