Rusiya hələ müharibədən əvvəl Ukrayna ilə sərhədlərində qoşun yerləşdirməyə başlayanda silah və sanksiyalarla bağlı yardım üçün Avropa və ABŞ-yə müraciət elədik, amma buna məhəl qoyulmadı.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Onun sözlərinə görə, müharibədən əvvəl şəxsən ABŞ-nin o zamankı prezidenti Co Baydenə Ukrayna sərhədləri yaxınlığında qoşunların toplanmasına cavab olaraq, Rusiyaya qarşı lazımi addımların atılması üçün müraciət edib:
“Paralel olaraq Avropa İttifaqı ölkələrinə müraciət elədim, onlar ABŞ-nin icazəsi olmadan bunu edə bilməzdilər. Buna görə də həmişə liderlərinə - ABŞ-yə baxırlar. Beləliklə, böyük işğal zamanı ukraynalılar tək qaldılar, təkbaşına vuruşduq”.
Zelenski Rusiya ilə müharibədə ABŞ-nin yeni Prezidenti Donald Trampdan real dəstək ümid etdiyini də vurğulayıb:
“Prezident Trampın Putini sülhə məcbur etmək istəyi varsa, bunu edə bilər. Biz onun ədalətin, Ukraynanın tərəfində olmasını istəyirik.