AZ

“ABŞ və Avropa bizi tək buraxmışdı” – Zelenski işğalın ilk günlərindən danışdı

Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, 2022-ci ildə Kreml Ukrayna ilə sərhədə qoşun yığmağa başlayanda silah və Rusiyaya qarşı sanksiyalarla bağlı yardım üçün Avropa və ABŞ-yə müraciət edib. Lakin onun müraciətlərinə məhəl qoyulmayıb.

“AzPolitika” xəbər verir ki, Zelenskinin, “Fox News”-a eksklüziv müsahibəsində dediyinə görə, hələ tam miqyaslı işğaldan əvvəl o, Ukrayna sərhədində qoşunların toplanmasına cavab olaraq Rusiyaya qarşı sanksiyalar tətbiq etmək xahişi ilə ABŞ-nin o zamankı Prezidenti Co Baydenə şəxsən müraciət edib. Zelenski Baydendən həm də silah istəyib. Lakin Vaşinqtondan verilən cavabda deyilib ki, onun müraciətinə yalnız Rusiya işğala başlasa, baxılacaq: "Bununla paralel olaraq mən Avropa İttifaqı ölkələrindən xahiş etdim, lakin onlar ABŞ-nin icazəsi olmadan bunu edə bilmədilər. Odur ki, onlar həmişə liderə, ABŞ-yə baxırlar. Beləliklə, böyük işğal zamanı ukraynalılar tək qaldılar və biz özümüz tək mübarizə apardıq”.

Zelenski Putinlə qarşıdurmada Trampdan real dəstəyə ümid etdiyini də qeyd edib: "Prezident Trampın Putini sülhə gəlməyə məcbur etmək istəyi varsa, o bunu edə bilər. Biz onun ədalətin, yəni Ukraynanın tərəfində olmasını istəyirik".

“AzPolitika.info”

Seçilən
13
50
azpolitika.info

10Mənbələr