EN

Ukrayna və ABŞ-nin yeni administrasiyası arasında ilk görüşün tarixi - AÇIQLANDI

Ukrayna hakimiyyətinin ABŞ prezidenti Donald Tramp administrasiyası ilə ilk görüşü fevralın 12-də baş tutacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “Obşçestvennoe” nəşri diplomatik dairələrdəki mənbəyə istinadən yazır.

Nəşr Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın Tramp administrasiyası ilə fevralın 12-də görüşəcəyini bildirib. Məlumata görə, ukraynalı nazir Fransa, Almaniya, Polşa, İtaliya, Böyük Britaniya, İspaniya və ABŞ xarici işlər nazirlərinin genişləndirilmiş iclasına dəvət olunub.


Müəllif: Arzu
Chosen
10
50
teleqraf.com

10Sources