EN

Sərnişin təyyarəsi Xəzər dənizi üzərində qəza siqnalı göndərib

Dubaydan Moskvaya DP992 reysini həyata keçirən “Boeing 737” sərnişin təyyarəsi Xəzər dənizi hövzəsində qəza siqnalı verib.

Bu barədə “İnterfaks” Rusiya fövqəladə hallar xidmətindəki mənbəyə istinadən məlumat yayıb. Hadisənin səbəbləri və təfərrüatı hələlik dəqiqləşdirilməyib.

“FlightRadar24”ün məlumatına görə, təyyarə yenidən Həştərxan hava limanına dönüb. Qeyd edilib ki, təyyarədə 6-sı ekipaj üzvü olmaqla 188 nəfər olub.

Chosen
13
10
buta.media

10Sources