EN

"Olimpiakos"un baş məşqçisi: "Qarabağ"ın zəif komanda olduğunu düşünmürük"

"Sabah qələbə qazanmaq vacib olmasa da, qalib gəlmək lazımdır. "Qarabağ"ın zəif komanda olduğunu düşünmürük".

İdman.biz xəbər verir ki, bunu "Olimpiakos"un baş məşqçisi Xose Luis Mendiribal "Qarabağ"la oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis Azərbaycan çempionun zəif və güclü tərəfləri barədə danışıb: "Qarabağ" kimi bir neçə komanda var ki, onları zəif saymaq olmaz. İlk səkkizlikdə yer almaq bizdən asılı deyil. Qələbə qazanıb, digər oyunların nəticələrini gözləmək lazımdır. Rəqib komandanın künc zərbələri zamanı zəif olması ilə bağlı isə bu istiqmətdə işləmək üçün kifayət qədər vaxtımız olmayıb. Aydındır ki, onlar da bu problem üzərində işləyiblər. Biz qol vurmaq üçün bütün imkanlardan istifadə edəcəyik".

Xose Luis Mendiribal Avropa Liqasının hazırki formatını bəyəndiyini bildirib. O, "Qarabağ"la oyunun heyətinin son məşqdən sonra müəyyənləşdirəcəyini deyib. İspaniyalı mütəxəssis heyətində 2-3 dəyişiklik ola biləcəyini qeyd edib.

İdman.biz

Chosen
6
7
idman.biz

10Sources