Stiven Cerrad “Əl İttifaq”ın baş məşqçi postundan gedir. Msport.az xəbər verir ki, ingiltərəli mütəxəssis Səudiyyə Ərəbistanı klubunun rəhbərliyindən onu buraxmalarını xahiş edib.
Mənbənin sözlərinə görə, yaxın vaxtlarda “Liverpul”un əfsanəsinin gedişi açıqlanacaq. Onun şəxsi məsələyə görə, istefa verəcəyi deyilir.
Klub rəhbərliyi onun qərarına hörmətlə yanaşıb.
Cerrard 2023-cü ilin yayında “Əl İttifaq”a rəhbərlik etməyə başlamışdı. O, buna qədər “Aston Villa” və “Qlazqo Reyncers”də işləyib.