Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyəyə səfəri çərçivəsində bu ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdarla görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov X hesabında paylaşım edib.
"Biz tərəfdaşımızla birgə təşəbbüslərimizin müsbət nəticələrindən məmnun olduğumuzu bildirdik. Həmçinin bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, yaşıl investisiyaların artırılması və biznes potensialının açılması imkanlarını müzakirə etdik", - o paylaşımda qeyd edib.