EN

Vardanyanın Nobel Sülh Mükafatına namizədliyindən daha böyük absurd təsəvvür etmək olarmı? – Ukraynalı deputat

“Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyindən daha böyük absurd təsəvvür etmək olarmı?”.

KONKRET.az xəbər verir ki, bu sualı Ukrayna Ali Radasının deputatı Yuliya Yaçik öz Facebook səhifəsində istifadəçilərinə verib.
“Soruşursunuz, bu kimdir? Bu, Putin rejiminin bütün mahiyyətini təcəssüm etdirən fiqurlardan biridir. Milyardlar oğurladı, Putinin altına yıxıldı, Cənubi Qafqazda (Qarabağı nəzərdə tutur) separatizmi dəstəklədi, sivil dünyanı özünə qarşı çevirdi, sanksiyalara məruz qaldı, özünü təmizə çıxartmağa çalışdı, ancaq alınmadı… Sonra tutuldu, tanınmamış “DQR”in digər separatçıları ilə birgə məhkəmə qarşısına çıxarıldı”, deyə o, qeyd edib.

Yaçik xatırladıb ki, 2019-cu ildə Avropa Parlamentinin 22 üzvü Vardanyanın “Kreml ortağı” kimi sanksiya siyahısına salınması təşəbbüsü ilə çıxış edib:
“2022-ci ildə ABŞ Konqresinin 46 üzvü Vardanyanı sanksiya siyahısına daxil edib. Elə həmin il Zelenskinin fərmanı ilə Vardanyan Ukraynanın sanksiyalar siyahısına salınıb. 2023-cü ildə Ukrayna Təhlükəsizlik Xidmətinin təşəbbüsü ilə o, “Mirotvorets” məlumat bazasına daxil edilib. Bütün bunlara baxmayaraq, Rusiya bu “sülhməramlı”nı təbliğ edir.
Bununla belə, Ukrayna, Latviya, Litva və Rumıniyadan olan 123 deputat Nobel Komitəsinə kollektiv məktub göndərib ki, Ruben Vardanyanın bu mükafata namizədliyi siyahıdan çıxarılsın. Ümid edirəm ki, sağlam düşüncə və ədalət qalib gələcək”.
Qeyd edək ki, keçmiş Dağlıq Qarabağın sabiq “dövlət naziri”, Putinin yaxın dostu Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyi ötən ilin aprelində bir sıra siyasi və ictimai xadimlər tərəfindən irəli sürülüb. Adları açıqlanmasa da, onların arasında Nobel Sülh Mükafatı laureatının da olduğu deyilir.
Yeri gəlmişkən, ötən il sentyabrın 27-də “Laçın” sərhəd-keçid məntəqəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbçilərinin sayıqlığı nəticəsində Azərbaycandan Ermənistana keçərkən, 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan saxlanılıb.
Hazırda digər separatçılarla birlikdə onun Bakıda məhkəməsi keçirilir.
Xatırladaq ki, antiterror tədbirlərindən sonra Vardayan Xankəndi şəhərinin mərkəzində poza verib Qarabağda kök salan separatçıları terror müharibəsinə çağırıb.
Belə çıxır ki, Qərbdə terrora çağırışlara görə insanlara Nobel Sülh Mükafatı verirlər. Onda digər terror təşkilatlarının liderləri də bu ada namizəd göstərilməlidir.
Günel Mikayılova,
KONKRET.az

Chosen
25
50
konkret.az

10Sources