EN

Tələbə kartı: gerçək güzəşt, yoxsa formal yenilik? VİDEO

"Tələbəplus" kartlarına yeni xidmət əlavə olunub. Bununla da tələbələr bundan sonra ildə bir dəfə özəl tibb müəssisələrinin birində ödənişsiz çekap müayinə etdirə bilərlər. Bununla yanaşı, həmin tibb müəssisəsində təqdim olunan tibbi xidmətlər üçün 10% endirim də əldə edəcəklər. Bununla bağlı danışan Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bildirib ki, tələbələr çekap müayinədən sadəcə Bakıda yararlana biləcəklər.

Xezerxeber.az-ın məlumatına görə, böyük bir fürsət kimi təqdim olunan bu yenilik əslində 5 ildir ki, mövcuddur. Çünki ölkəmizdə icbari tibbi sığorta ilə bütün vətəndaşlar 3315 sayda tibbi xidmətdən heç bir ödəniş ödəmədən yararlana bilirlər. Bəs tələbə kartlarına mövcud xidmətin yeni özəllik kimi əlavə olunmasının məqsədi və faydası nədir? Bu suallar təhsil eksperti Elşən Qafarovu da düşündürür.

Təhsil eksperti hesab edir ki, tələbələr "Tələbəplus" kartından daha çox insanlara yararlı olacaq xidmətlərdə güzəşt və endirimlər gözləyirlər. Onun sözlərinə görə, tələbələr arasında sorğular keçirilməli, onların hansı sahədə güzəştə və sosial müdafiəyə ehtiyacı olduğu öyrənilməlidir.

Məsələ ilə bağlı daha ətraflı məlumat öyrənmək üçün Təhsilin İnkişafı Fonduna müraciət ünvanladıq, lakin fonddan bildirildi ki, bu gün iş günü olmadığı üçün suala cavab verə bilməyəcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
11
11
xezerxeber.az

10Sources