EN

Vadim Kuramşın: “Rotasiya ilə bağlı problemlər var”

"Əvvəlcə, "Neftçi"ni qələbə münasibətilə təbrik edirəm. Oyun planlaşdırdığımız kimi getmədi".

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidmətinə açıqlamasında Vadim Kuramşın deyib.

O, basketbol üzrə Azərbaycan kubokunun 1/8 finalında "Neftçi"yə məğlubiyyəti şərh edib:

"Prinsip etibarilə, layiqli mübarizə apardıq. Oyunun müəyyən hissəsində "Neftçi" fərqi artırdı və sonadək bu fərq aşağı-yuxarı eyni qaldı. Bizdə rotasiya ilə bağlı problemlər var. Hərçənd rəqibin ehtiyat oyunçular skamyası isə genişdir. Onların heyətində Amil Həmzəyevlə Kamran Məmmədovun çıxış nəticəyə təsir göstərdi. Bizdə də uşaqlar çalışdı, sadəcə sonluğu gətirə bilmədik".

Qeyd edək ki, "Sumqayıt" 90:103 hesabı ilə uduzaraq, kubokda mübarizəni dayandırıb.

Avropa çempionatı: Millimizin rəqibləri bilindi

Azərbaycan Kuboku: "Sumqayıt" "Neftçi"yə qarşı

Yüksək Liqa: “Azərreyl”dən qələbə, “Gəncə” və “Abşeron” məğlub oldu

Azərbaycan kuboku: NTD və “Abşeron” mərhələ adlayıb

Rüstəm Əliyev: "Hər iki qarşılaşmada istədiyimizə nail ola biləcəyik”

Chosen
10
apasport.az

1Sources