"Əvvəlcə, "Neftçi"ni qələbə münasibətilə təbrik edirəm. Oyun planlaşdırdığımız kimi getmədi".
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidmətinə açıqlamasında Vadim Kuramşın deyib.
O, basketbol üzrə Azərbaycan kubokunun 1/8 finalında "Neftçi"yə məğlubiyyəti şərh edib:
"Prinsip etibarilə, layiqli mübarizə apardıq. Oyunun müəyyən hissəsində "Neftçi" fərqi artırdı və sonadək bu fərq aşağı-yuxarı eyni qaldı. Bizdə rotasiya ilə bağlı problemlər var. Hərçənd rəqibin ehtiyat oyunçular skamyası isə genişdir. Onların heyətində Amil Həmzəyevlə Kamran Məmmədovun çıxış nəticəyə təsir göstərdi. Bizdə də uşaqlar çalışdı, sadəcə sonluğu gətirə bilmədik".
Qeyd edək ki, "Sumqayıt" 90:103 hesabı ilə uduzaraq, kubokda mübarizəni dayandırıb.
Avropa çempionatı: Millimizin rəqibləri bilindi
Azərbaycan Kuboku: "Sumqayıt" "Neftçi"yə qarşı
Yüksək Liqa: “Azərreyl”dən qələbə, “Gəncə” və “Abşeron” məğlub oldu
Azərbaycan kuboku: NTD və “Abşeron” mərhələ adlayıb
Rüstəm Əliyev: "Hər iki qarşılaşmada istədiyimizə nail ola biləcəyik”