EN

Kobaxidze AŞPA-nın təkrar seçkilərlə bağlı qətnaməsini absurd adlandırıb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ölkədə yeni parlament seçkiləri keçirməyə çağıran qətnaməsini absurd adlandırıb.

“Report”un məlumatına görə, bu barədə o, “İmedi” telekanalına müsahibəsində bildirib.

“Bu qərar Avropa bürokratiyasının kifayət qədər çətin vəziyyətdə olduğunu göstərir. Bu, həm Brüsselə, həm də Strasburqa aiddir. Bunun başqa bir təzahürü isə ədalətsizlikdən çox, tamamilə absurd qərar idi”- deyə, o qeyd edib.

Qeyd edək ki, Gürcüstan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırıb. Buna səbəb qurumun Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi və “siyasi məhbus”ların azad olunmasını tələb edən qətnamə qəbul etməsi olub.

Chosen
14
50
report.az

10Sources