Salyan, 30 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı nəqliyyat vasitəsinin kanala düşməsi nəticəsində 4 nəfər ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yanvarın 28-də saat 23 radələrində Salyan rayonu Seyidlər kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxıb və kanala aşıb.
Hadisə yerinə təcili təxirə salınmaz tibbi yardım briqadası, FHN-nin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qəza nəticəsində Aqil Amil oğlu Məmmədov, Nərmin Güləli qızı İsmayılova və övladları R.E.İsmayılov, H.E.İsmayılov ölüb. Aparılan əməliyyat zamanı bir azyaşlı uşaq xilas edilib.
Faktla bağlı araşdırma aparılır.