Amerikalı ixtiraçı və milyarder İlon Maskın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.
Axar.az xəbər verir ki, bu barədə Maskın namizədliyini irəli sürən Avropa Parlamentinin deputatı Branko Qrims bildirib.
“2025-ci il Nobel Sülh Mükafatının söz azadlığına və fundamental insan hüququna ardıcıl dəstəyinə görə cənab İlon Maska verilməsi təklifi bu gün uğurla təqdim edildi. Təklifin bütün həmmüəlliflərinə və bu kompleks layihənin həyata keçirilməsində köməklik göstərən hər kəsə səmimi təşəkkürümü bildirirəm!” – Qrims X sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, İlon Mask ilk dəfə 2024-cü ildə Avropa Parlamentinin deputatı Marius Nilsen tərəfindən Nobel Sülh Mükafatına namizəd göstərilib.