Çeçenistan Respublikasının milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev respublika rəhbəri Ramzan Kadırovun informasiya meydanından "yoxa çıxması" ilə bağlı internetdə yayılan xəbərlərə münasibət bildirib.
Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, o, öz Teleqram kanalında Kadırovun "yoxa çıxması" ilə bağlı məlumatları təkzib edim.
Dudayev bildirib ki, belə şayiələri düşmənlər yayır.
O əlavə edib ki, bu ilin əvvəlindən Çeçenistan lideri fəal işə başlayıb.