EN

Özbəkistan Türkiyədən ANKA PUA-lar alır

Yazını böyüt
Yazını kiçilt

Özbəkistan Türkiyənin müdafiə sənayesi nəhəngi TAI (Turkish Aerospace Industries Inc.) ilə ANKA SİHA-nın tədarükü üçün müqavilə imzalayıb.

Hafta.az-ın “SavunmaSanayi”ə istinadən yazdığına görə , tədarüklərin tezliklə başlaması gözlənilir. Lakin Özbəkistan tərəfi alınacaq PUA-ların sayı və qiyməti barədə heç bir məlumat verməyib.

Türkiyə müdafiə sənayesində İHA sahəsində qlobal oyunçu olma yolunda sürətlə irəliləyir. Özbəkistan Əlcəzair, Qazaxıstan, Tunis, Malayziya, İndoneziya və Çaddan sonra ANKA-nı inventarına əlavə edən 7-ci ölkə oldu.

Tək mühərrikli İHA olaraq ANKA 30 saata qədər havada qala və 350 kiloqramlıq yük daşıya bilir. İki mühərrikli AKSUNGUR 50 saatdan çox havada qalmaq və 750 kiloqram faydalı yük daşımaq qabiliyyətinə malikdir. Hər iki İHA Türkiyənin müdafiə sənayesinin güclü sursat istehsalçısı “Roketsan” tərəfindən istehsal olunan MAM-L kimi döyüş sursatlarından istifadə edə bilər. Bundan əlavə, AKSUNGUR daha ağır döyüş sursatlarından istifadə etmək qabiliyyətinə malikdir.

ANKA, “Roketsan”ın son həftələr istehsal etdiyi LUMTAŞ Tank Əleyhinə Raketi ilə uğurlu bir atış həyata keçirib. Bu cür nailiyyətlər ANKA-nın qlobal müdafiə bazarındakı imkanlarını daha da möhkəmləndirir.

Özbəkistan son illər müdafiə sənayesinə investisiyalarını artıraraq ordusunu modernləşdirməyi hədəfləyir. 2024-cü ildə ölkədə hərbi təlimlər 2023-cü illə müqayisədə 50 faiz artıb, hərbi heyətin hazırlıq səviyyəsi gücləndirilib.

Chosen
8
5
hafta.az

6Sources