ABŞ prezidenti Donald Tramp ölkəyə qeyri-qanuni yollarla daxil olan “cinayətkar mühacirləri” nəzarətdə saxlamaq üçün Quantanamoda 30 min nəfərin yerləşdirilməsi üçün müəssisənin hazırlanmasına göstəriş verib.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp Ağ Evdə təşkil edilən mərasimdə qeyri-qanuni mühacirlərin ölkəyə girişinin qarşısını almaq üçün hazırlanan “Laken Riley Aktı”nı imzalayıb.
İkinci dövründə imzaladığı ilk qanunun qeyri-qanuni mühacirlərlə bağlı olduğunu qeyd edən Tramp sərhəd təhlükəsizliyi məsələsinin onun üçün inflyasiya və digər mövzulardan daha vacib olduğunu vurğulayıb.
İmzalanma mərasimində Tramp müxtəlif ölkələrdən ABŞ-a çoxlu “cinayətkarların” gəldiyini və bu şəxslərin Co Bayden dövründə ölkəyə asanlıqla daxil ola bildiyini, hazırda ciddi tədbirlər gördüklərini bildirib.
Aytən Yaşar/ Turkustan.az