EN

Azərbaycan XİN ABŞ-a başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-a başsağlığı verib.

Herbiand.az xəbər verir ki, bu barədə XİN-nin sosial hesabında bildirilib.

"Vaşinqtonda sərnişin təyyarəsi ilə helikopterin havada faciəvi toqquşması bizi dərindən kədərləndirdi. Yaxınlarını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və sağ qalanların can sağlığı üçün dua edirik", - qeyd olunub.

Qeyd edək ki, Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi “Blackhawk” helikopteri ilə toqquşaraq Potomak çayına düşüb. Təyyarədə 4 ekipaj üzvü olmaqla 60 sərnişin, helikopterdə isə 3 ABŞ əsgəri olub. Yerli medianın məlumatına görə, artıq 18 nəfərin cəsədi Potomak çayından çıxarılıb.

Chosen
12
50
herbiand.az

10Sources