Xəbər verdiyimiz kimi, ABŞ-ın paytaxtı Vaşinqton yaxınlığındakı Ronald Reyqan hava limanı yaxınlığında təyyarə ilə hərbi helikopter toqquşub.
News24.az Milli.Az-a istinadla xəbər verir ki, Federal Aviasiya Administrasiyası bildirib ki, 60 sərnişin və 4 ekipaj üzvünü daşıyan sərnişin təyyarəsi uçuş-enmə zolağına yaxınlaşarkən Sikorsky H-60 helikopteri ilə havada toqquşub, Vaşinqton yaxınlığındakı Reyqan Milli Hava Limanı yaxınlığında Potomak çayına düşüb.
Səlahiyyətlilər ilkin məlumata görə, axtarış-xilasetmə işlərinin davam etdiyi hadisədə 18 nəfərin həyatını itirdiyini açıqlayıb.
Təyyarə ilə helikopterin havada toqquşduğu qorxulu anlar kameralar tərəfindən lentə alınıb.
Həmin görüntüləri təqdim edirik: