AZ

ABŞ-ilə yüksək səviyyəli təmas planlaşdırılmır

Kremlin sözçüsü Dmitri Peskov ABŞ-da sərnişin təyyarəsi ilə hərbi vertolyotun havada toqquşduğu qəzada Rusiya vətəndaşlarının da öldüyünü açıqlasa da, Vaşinqton administrasiyası ilə yüksək səviyyəli təmasların planlaşdırılmadığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Peskov paytaxt Moskvada jurnalistlərə Ronald Reyqan hava limanı yaxınlığında sərnişin təyyarəsi və hərbi helikopterin havada qəzaya uğraması ilə bağlı açıqlama verib.

Təyyarədə Rusiya vətəndaşlarının olduğu barədə məlumat verən Peskov, Vaşinqtondan pis xəbərlər alırıq. Ölən vətəndaşlarımızın yaxınlarına başsağlığı veririk deyib. 

"Hazırda ABŞ-ilə yüksək səviyyəli təmas planlaşdırılmır", - deyə Peskov əlavə edib.

Seçilən
2
50
operativmm.az

10Mənbələr