EN

AFFA İntizam Komitəsi iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb

AFFA İntizam Komitəsi iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb.

"Report" xəbər verir ki, bu barədə komitənin iclasında qərar qəbul edilib.

Belə ki, AFFA U-13 Liqasında keçirilməli olan “Troya” – “Lamasya Baku” oyunu meydan sahiblərinin heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün “Troya” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-16 Liqasında keçirilməli olan “Səbail" - “Mübariz” FA oyunu isə qonaq komandanın heyətində yetərsay olmadığına görə baş tutmayıb. “Mübariz” FA bu səbəbdən 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

Chosen
5
3
report.az

8Sources