
"İtaliya-Azərbaycan Universitetinin binası 2025-ci ilin sentyabrına qədər açılacaq".
Reyting.az xəbər verir ki, bu məlumatı İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində yeni ixtisasların açılış mərasimində ADA Universitetinin rektoru Hafiz Paşayev deyib.
Onun sözlərinə görə, yeni tədris ilindən 160 tələbə İtaliya-Azərbaycan Universitetində təhsil alacaq: "Bugünkü tədbir, həmçinin abituriyentləri bu təhsil müəssisəsinin potensialı ilə tanış etmək məqsədi daşıyır"