EN

Bu gün Qərb imperializmi Ermənistanı regional kəşfiyyat poliqonu halına gətirib - ŞƏRH

Politoloq bildirib ki, müşahidə missiyalarının sayını artırmaq Cənubi Qafqaza heç bir halda barış və rifah gətirmir.

Ötən gün Avropa İttifaqına üzv ölkələrin Brüsseldəki səfirləri Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidəçi missiyasının mandatını daha iki il müddətinə - 2027-ci il fevralın 19-dək uzatmaq barədə razılıq əldə ediblər.

Aİ-nin bu qərarı Azərbaycan-Ermənistan arasında normallaşma prosesinənə necə təsir göstərəcək?

Məsələ ilə bağlı Politoloq Tural İsmayılov Operativ Media ilə fikirlərini bölüşüb.

T. İsmayılov bildirib ki, Avropa İttifaqı (Aİ) missiyasının Ermənistanda qalma müddətlərini uzatmağın altında çox ciddi və çirkli siyasi məqsədlər mövcuddur:

"Hamıya bəllidir ki, Avropa İttifaqının Ermənistandakı missiyası sadə və təqdim edildiyi kimi bir missiya deyil. Onlar orada çox gizli fəaliyyətlərlə məşğuldurlar. Bu kəşfiyyat fəaliyyətlərini pərdələmək üçün mülki missiya ifadəsindən istifadə edərək özlərini sığortalamağa çalışırlar. Amma faktiki olaraq, hamıya bəllidir ki, ortada çox ciddi və çirkli siyasi məqsədlər mövcuddur. Bu gün faktiki olaraq Qərb imperializmi Ermənistanı regional kəşfiyyat poliqonu halına gətirib. Və bütün vasitələrdən istifadə edərək burada çox təhlükəli planlar və tendensiyalar həyata keçirməyə çalışırlar.

Belə bir vəziyyətdə Azərbaycanın razılığı olmadan burada hansısa bir missiyanın müddətinin 2 il uzadılması qərarı obyektiv reallığı əks etdirmir. Və bütün bunlar sadəcə olaraq Ermənistanın növbəti regional konfliktlərə cəlb olunmasına səbəb olur. Bu gün Qərb imperializmi Gürcüstandan qovulur, Azərbaycana isə öz mövqeyini zamanında ifadə edib. Belə olduğu təqdirdə həmin dairələrin regionda sığınmaq üçün qaldığı yeganə qapı hələ ki, Ermənistandır. Lakin burada bu cür müşahidə missiyalarının sayını artırmaq Cənubi Qafqaza heç bir halda barış və rifah gətirmir. Faktiki olaraq Azərbaycanla Ermənistan arasında real sülhə töhfə vermək, real sülh danışıqları aparmaq və eyni zamanda Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini nəzarət etmək əvəzinə, Avropa İttifaqı missiyası adı altında Ermənistan ərazilərində təhlükəli oyunlar oynayır".

Chosen
11
25
operativmedia.az

10Sources