EN

Məşhur bankın pul dolu maşını QAÇIRILDI - 56 MİLYON...

İzmirin Karşıyaka rayonunda Yeni il gecəsi inanılmaz hadisə yaşanıb. Ziraat Bankasına məxsus pul daşıyan maşın içində 56 milyon TL olduğu halda qaçırılıb. Hadisə ilə bağlı dərhal əməliyyat başladan polis 20 şübhəlini saxlayıb, 4 nəfər isə həbs edilib. Oğurlanan 56 milyon TL isə banka qaytarılıb.

"Bakuinfo" xəbər verir ki, GPS cihazı olmayan bank maşını Kemalpaşa rayonunda tərk edilmiş vəziyyətdə tapılıb. İzmir Polis İdarəsi dərhal genişmiqyaslı araşdırma aparıb. Banka məxsus pulu qaçıran şəxslər daha sonra başqa avtomobilə minərək Kemalpaşadakı bir bağ evinə gedib.

Polis həmin bağ evinin həyətyanı sahəsində aparılan axtarış zamanı torpağa basdırılmış 25 milyon TL tapıb. Şübhəlilərin geri qalan pulu xarici valyutaya çevirərək qaçmağa çalışdığı müəyyən edilib.

İzmir polisi hadisə ilə bağlı 20 nəfəri saxlayıb. Uzunmüddətli əməliyyat və təqib nəticəsində şübhəlilər İç Anadolu bölgəsində yaxalanıb. Məhkəməyə çıxarılan 4 nəfər həbs edilib.

ŞOK DETALLAR: Oğurluq əməliyyatının təşkilatçısının bankın öz işçisi olduğu ortaya çıxıb. Soyğunu həyata keçirən şəxsin ailə üzvləri və dostları ilə birlikdə bu cinayəti planlaşdırdığı bildirilir. Polis əməliyyatından sonra bankın bütün pulları geri qaytarılıb

Chosen
8
50
bakuinfo.net

10Sources