EN

MSK müraciətlərə baxdı

Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 29-da keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar quruma daxil olmuş müraciətlərə baxıb.

Teleqraf.com xəbər verir ki, sözügedən məsələ ilə bağlı MSK-nın iclası baş tutub.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, 72 saylı Cəlilabad kənd bələdiyyəsi dairəsinin Şləvəngi bələdiyyəsi üzrə namizəd olmuş İsmayıl Nuriyevin şikayətinə baxılıb.

Qeyd olunub ki, iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına müraciət etməlidir. Sözügedən şikayət dairə seçki komissiyasına göndərilib.

72 saylı Cəlilabad kənd seçki dairəsinin Üçtəpə bələdiyyəsindən namizəd Əlqismət Cəfərovun da şikayətinə baxılıb. Qeyd olunub ki, bu şikayətə də baxılmaq üçün müvafiq dairəyə göndərilib.

Həmçinin 115 saylı Şəki kənd bələdiyyə üzrə daxil olan şirkət üzrə oxşar qərar verilib.


Müəllif: Məlik Məlikov
Chosen
7
teleqraf.com

1Sources