EN

Yunanıstan sahillərində zəlzələ 

Yunanıstan sahilində 4,4 maqnitudalı zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bunu Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

 

Mərkəzin verilənlərinə əsasən, yeraltı təkanların episentri paytaxt Afina yaxınlığındakı Peristerion şəhərindən 51 km şimal-şərqdə olub. Yerli vaxtla 17:55-də (Bakı vaxtı ilə 19:55-də) qeydə alınmış zəlzələnin ocağı 16 km dərinlikdə yerləşib.

 

Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Chosen
6
modern.az

1Sources