EN

Rusiyanın xəritə təklifini qəbul etmək olmaz - ANALİTİK

Kremlin əlində olan kartoqrafik materiallarda mübahisəli məsələlərin olacağı şübhəsizdir

Moskva Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası məsələsində yaxşı irəliləyiş olduğunu görür. Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib. O bildirib ki, Rusiya Bakı və İrəvan arasında iki ölkənin sərhədlərinin Gürcüstanla qovuşmasından başlayaraq cənuba doğru delimitasiya və demarkasiya prosesinə başlamaq barədə razılaşmanı alqışlayır:

 "Çox böyük, yaxşı irəliləyiş əldə olunub. Sərhədin bir hissəsi delimitasiya və demarkasiya edilib". Overçuk qeyd edib ki, Rusiya Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesini həmişə dəstəkləyib və sorğu əsasında kartoqrafik materialları təqdim etməyə hazırdır: "Moskva bu sahədə, o cümlədən Azərbaycanın özü ilə bağlı geniş təcrübəsindən istifadə edərək ölkələrə məsləhətçi yardım göstərməyə hazırdır. Bilirsiniz ki, Rusiyanın müvafiq kartoqrafik materialı var, lazım gələrsə, delimitasiya və demarkasiyada iştirak edən tərəflərin tələbi ilə verilə bilər".

Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında deyib ki, Rusiya Azərbaycan və Ermənistan arasında vasitəçi ola bilməz. Siyasi şərhçinin sözlərinə görə, Rusiya tərəfi xəritələri təqdim etməklə prosesdə olmağa çalışır: 

"Kremlin əlində olan kartoqrafik materiallarda mübahisəli məsələlərin olacağı şübhəsizdir. Bu da ikitərəfli danışıqların pozulmasına gətirib çıxara bilər. Moskva prosesi öz nəzarətinə almaqla idarə etməyi planlaşdırır. Azərbaycan tərəfi Overçukun təklifinə razı olmayacaq. Bakı hazırkı sərhədlər üzrə İrəvanla danışıqları aparır. Ona görə də Rusiyanın xəritə təklifini obyektiv qiymətləndirə bilmərik. Rusiya vasitəçilik etimadını itirib. AZAL-ın təyyarəsinin vurulmasına görə Rusiyanın məsuliyyətdən yayınması, kütləvi informasiya vasitələrində ölkəmizə qarşı təxribat materiallarının yer alması Moskvanın sərhəd komissiyasının işinə real töhfə verəcəyini mümkünsüz edir. Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi bağlanarsa, bu, Moskvanın iştirakı ilə olmayacaq. Moskva dəhlizə nəzarət mexanizmini mütəmadi gündəmə gətirir. Məncə, Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı danışıqlarda iştirakına da icazə verilməyəcək".


Chosen
4
19
sherg.az

10Sources