AZ

"Ermənistan tez-tez belə şıltaqlıqlara yol verir" - Turan Rzayevdən şərh

"Ermənistanın Azərbaycanla təkbaşına müharibə aparmaq qüdrətinə malik olmadığını demək olar. İki ölkənin orduları arasında xeyli fərq var. Həm canlı qüvvə, həm də səfərbərlik potensialı baxımından Azərbaycanın üstünlüyü açıq şəkildə görünür."

Politoloq Turan Rzayev bunu News365.az-a açıqlamasında deyib. 

Onun sözlərinə görə, Ermənistanın belə addımları müharibə niyyəti anlamına gəlmir:

"Ermənistan, hərdən sərhəddə səngər qazır və ya silah texnikası yerləşdirirsə də, bu mütləq müharibə niyyəti anlamına gəlmir. Ermənistan tez-tez belə addımlar atır, lakin bunları daha çox daxili auditoriyaya hesablanmış boş görüntü yaratmaq cəhdi kimi qiymətləndirmək olar. Hazırda iki ölkə arasında müharibə üçün real əsas yoxdur.

Ermənistanın müharibə aparmaq gücü yoxdur. Bir müddət əvvəl iki ölkə arasında sərhədin delimitasiyası ilə bağlı mühüm razılıq əldə edilmişdi. Bu razılığa əsasən, sərhədin delimitasiyası Şimaldan Cənuba – İran-Azərbaycan-Ermənistan sərhədləri istiqamətində aparılmalı idi və bu proses artıq başlanmışdı. Bu razılığın özü müharibə ehtimalını azaldan əsas amillərdən biridir.

T. Rzayev Ordumuzun hər cür təxribatlara cavab verməyə hazır olduğunu da bildirir:

"Təbii ki, Ermənistan tərəfi təxribatlar törədə bilər, sərhəddə atəşkəsi pozmağa çalışa bilər. Lakin Azərbaycanın buna cavab vermək üçün kifayət qədər gücü və resursu mövcuddur. Ordumuz hər zaman hazır vəziyyətdədir. Yenə də qeyd etmək lazımdır ki, Ermənistanın müharibə başlatmaq üçün nə gücü, nə də iqtisadi resursları var. Belə bir müharibə Ermənistanın suverenliyini ciddi şəkildə təhlükə altına sala bilər."

News365.az

Seçilən
7
50
news365.az

10Mənbələr