EN

Yeni Zelandiyada dağa hüquqi şəxs statusu verildi: İnsanlar kimi imtiyazları olacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yeni Zelandiyada yerli Maori xalqı üçün müqəddəs sayılan və əcdadı hesab edilən Taranaki dağına yeni qanunla hüquqi şəxs statusu verilib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, bununla da Taranaki bir insanın sahib olduğu bütün hüquq və vəzifələrə sahib olacaq.
Parlamentin yekdilliklə təsdiq etdiyi qanunla Taranaki dağının zirvəsinə yerli xalqın istifadə etdiyi ifadələrdən olan "Taranaki Maunqa" adının verilməsi qərara alınıb.
Qeyd edilib ki, qanun həmçinin 19-cu əsrdə ingilislərin ölkəni müstəmləkəyə çevirməsindən sonra dağın maorilərdən oğurlandığını qəbul edir.
Qanuna görə, Taranaki ətrafdakı təpələri və torpaqları ilə bütün fiziki və metafizik elementləri ilə canlı və bölünməz bir bütöv olaraq görülür.
Yeni Zelandiyanın mədəniyyət, incəsənət və tarixi irs naziri Pol Qoldsmit parlamentdə çıxışı zamanı dağın üstünlüklərindən danışıb.
"Dağ uzun zamandır şərəfli bir əcdad, fiziki, mədəni və mənəvi qida mənbəyi və son istirahət yeri olub", - deyə o bildirib.
"Bu gün Taranaki ədalətsizlik, cəhalət və nifrət buxovlarından azad oldu", - deyə "Te Pati Maori" Partiyasının həmsədri Debbi Nqareva-Pakker qanunun parlamentdən keçməsindən sonra qeyd edib.
Bildirək ki, qarla örtülmüş sönmüş vulkanik dağ olan və 2 518 metr hündürlüyündəki Taranaki turizm, yürüş idmanı və qar idmanı üçün məşhur yerlərdəndir.
Qeyd edək ki, Yeni Zelandiyada daha əvvəl də çaylardan biri və müqəddəs sayılan torpaq parçası ilə bağlı oxşar qərar alınmışdı.
Chosen
10
50
oxu.az

10Sources