“Qarabağ” yenə uduzdu, Liqa mərhələsini sonuncu yerdə bitirdi
“Qarabağ” UEFA Avropa Liqasında Liqa mərhələsinin sonuncu oyununda da məğlub olub.
Yeniavaz.com xəbər verir ki, “Köhlən atlar” Yunanıstanda “Olimpiakos”un qonağı olub və meydandan 3:0 hesablı məğlubiyyətlə ayrılıb.
Bütün görüşlər başa çatdıqdan sonra “Qarabağ” 36 komandanın mübarizə apardığı Liqa mərhələsində sonuncu olub və bu mövsüm Avropa kubokları ilə vidalaşıb.