“Qarabağ” yenə uduzdu, Liqa mərhələsini sonuncu yerdə bitirdi
“Qarabağ” UEFA Avropa Liqasında Liqa mərhələsinin sonuncu oyununda da məğlub olub. Yeniavaz.com xəbər verir ki, “Köhlən atlar” Yunanıstanda “Olimpiakos”un qonağı olub və meydandan 3:0 hesablı məğlubiyyətlə ayrılıb. Bütün görüşlər başa çatdıqdan sonra “Qarabağ” 36 komandanın mübarizə apardığı Liqa mərhələsində sonuncu olub və bu mövsüm Avropa kubokları ilə vidalaşıb.