EN

Səməd Bəşirli: “Son illər BMT ilə birlikdə 142 milyon dollarlıq layihələr icra edilib”

Son illərdə Azərbaycan BMT ilə birlikdə 142 milyon ABŞ dolları həcmində layihələr icra edib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) üzrə “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” tədbirində deyib.

Onun sözlərinə görə, Azərbaycan dayanıqlı inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edib: “Ölkəmiz BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) qəbul edərək, onları dövlət strategiyalarına inteqrasiya edib. 50-dən çox dövlət proqramı və strategiya DİM-lərlə uyğunlaşdırılıb, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Azərbaycan BMT-nin Yüksək Səviyyəli Forumuna artıq 4-cü Könüllü Milli Hesabatını təqdim edib. Ölkəmiz "yaşıl enerji", rəqəmsal iqtisadiyyat və innovasiyalara əsaslanan iqtisadi model qurmaq üçün strateji addımlar atır. İşğaldan azad edilmiş ərazilərdə "Ağıllı şəhər", "Ağıllı kənd" və "Yaşıl enerji zonası" konsepsiyaları həyata keçirilir. Azərbaycanın 18-ci DİM kimi mina təhlükəsizliyinin tanınması təşəbbüsü isə dayanıqlı inkişafa yönəlmiş siyasətimizin bariz nümunəsidir”.

O qeyd edib ki, hazırda icrası başa çatan 2021-2025-ci illər üçün Çərçivə Sənədi dörd əsas prioriteti- inklüziv artım, güclü institutlar, ətraf mühitin qorunması və gender bərabərliyi əhatə edir.

Chosen
5
2
far.az

10Sources