Fransa Azərbaycanın müstəqilliyini ilk qəbul edəm dövlətlərdəndir və iki ölkə arasında 1992-ci ildən diplomatik əlaqələr mövcuddur.
Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Gülşən Paşayeva “Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunda keçirilən beynəlxalq konfransda danışıb.
Deputat bildirib ki, Fransa ATƏT çərçivəsində Azərbaycan-Ermənistan münaqişəsinin həllinə yönələn prosesə cəlb olunub.
"Təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupu münaqişənin danışıqlar yolu ilə həll olması prosesində vasitəçi kimi uğursuz oldu", - Gülşən Paşayeva diqqətə çatdırıb.
Müəllif: Ceyhun Ağazadə