EN

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir çox yollarında tıxac müşahidə edilir.   Manset.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 6. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 9. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 10. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 12. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

13. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

Chosen
171
49
manset.az

10Sources