Avropa İttifaqı (Aİ) Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında martın 18-də baş tutan telefon danışığının Ukraynada münaqişənin nizamlanmasını yaxınlaşdıracağına ümid edir.
“Report”un məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin birgə bəyanatında bildirilib.
"Bu dəhşətli müharibənin nəticəsi Ukrayna üçün hərtərəfli, ədalətli və davamlı sülh olmalıdır. Ümid edirik ki, dünənki telefon danışığı bu istiqamətdə irəliyə doğru bir addım olub. Biz Ukraynaya dəstəyimizdə sadiqik", - bəyanatda qeyd edilib.