EN

Bugünkü oyunda Çingiz İsmayılov anılacaq

Azərbaycan milli komandasının Belarus yığması ilə bu gün "Bank Respublika Arena"da keçirəcəyi yoldaşlıq görüşündən əvvəl AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılovun xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sükut zamanı mərhumun şəkli stadiondakı tabloda öz əksini tapacaq.

Qeyd edək ki, oyun saat 21:45-də başlayacaq.

Xatırladaq ki, Ç. İsmayılov martın 23-ü 89 yaşında vəfat edib. Veteran futbolçu 1955-1962-ci illərdə "Neftçi"nin şərəfini qoruyub.

Milli.Az

Chosen
62
4
milli.az

5Sources